12 
apr
2022
09:32
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Daha bir rayonda "şüşə" alverçisi tutuldu - FOTO

12 apr, 2022
09:32
973

Zaqatalada psixotrop maddə alverçisi tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat zamanı rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan, əvvəllər bir neçə dəfə məhkum edilmiş  şəhər sakini Yusif Həbilov tutulub.
Üzərinə keçirilən baxış zamanı ondan sellofan torbada satış məqsədilə üzərində daşıdığı külli miqdarda psixotrop maddə olan metamfetamin (şüşə) aşkarlanıb.

Saxlanılan şəxs barəsində Zaqatala rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Yusif Həbilov barəsində həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Yusif Həbilov

Bizimlə əlaqə saxlayın