okt
2022
11:33
57

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda oğul atasını yas mərasimində bıçaqladı

6 okt, 2022
11:33
7857

Balakəndə yas mərasimində oğul atasını bıçaqlayıb.
APA-nın məlumatına görə, rayonun Yeni Şərif kənd ərazisində baş verib.
1993-cü il təvəllüdlü Yeni Şərif kənd sakini Ramil Şabanovun nənəsinin yas mərasimində atası, 1967-ci il təvəllüdlü Mahama Şabanovla mübahisəsi düşüb. 
Mübahisə zamanı Ramil Şabanov üzərində olan bıçaqla atasına xəsarət yetirib. Xəsarət alan Mahama Şabanov Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Hadisəni törətməkdə şübhəli sayılan Ramil Şabanov saxlanılıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın