10 
okt
2022
10:28
71

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Müəllim faciəli şəkildə öldü, övladları ağır YARALANDI

10 okt, 2022
10:28
1271

Quba rayonunun Vəlvələ kəndində piyadanın ölümü ilə nəticələn qəza baş verib.
 
Turkdunyasi.az Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Quba rayon sakini Məmmədov Süleyman Firuddin oğlu piyada keçidindən yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.
 
Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun məktəbyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib.
 
Sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın