12 
apr
2022
13:13
100

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Özünü öldürmək istəyən qız xəstəxanaya yerləşdirildi

12 apr, 2022
13:13
9100

Dağüstü parkda özünü hündürlükdən atan qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
 
Mərkəzin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü gənc qız aprelin 11-də saat 11:15-də təcili olaraq KTM-in Reanimasiya şöbəsinə yerləşdirilib.
 
"Müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub. Hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın