17 
okt
2022
12:08
82

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda naməlum avtomobil qadını vuraraq hadisə yerindən qaçıb

17 okt, 2022
12:08
1282

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Naməlum avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Sürəyya Əfəndiyevanı vurub hadisə yerindən qaçıb. Zərbə nəticəsindən qadın qarşı yolda hərəkətdə olan Hüseyn Fətullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin qabağına düşərək ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlayıb.

Bizimlə əlaqə saxlayın