E-mail: [email protected]
Bakıda yol qəzalarında ölən piyadaların sayı AÇIQLANDI
“Ötən 9 ay ərzində paytaxt ərazisində 220 piyadavurma hadisəsi qeydə alınıb, 102 nəfər ölüb, 136 nəfər yaralanıb”.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
DYP rəsmisi deyib ki, bu ilin yanvarın 1-dən oktyabrın 1-dək paytaxt ərazisində ümumi qəzalardan 3-ü motosiklet nəqliyyat vasitəsi ilə baş verib, 1 nəfər vəfat edib, 4 nəfər xəsarət alıb:
“Moped nəqliyyat vasitəsi ilə 10 hadisə qeydə alınıb, 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Velosipedlərlə 4 hadisə olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 16 yaşadək (uşaq da daxil) yeniyetmələr arasında 23 hadisə olub, 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Yük avtomobillərinin iştirakı ilə 11 hadisə qeydə alınıb, 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. İctimai nəqliyyatda 8 hadisə baş verib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb”.
Qeyd edək ki, ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 143 nəfər ölüb, 264 nəfər isə xəsarət alıb.