18 
okt
2022
13:12
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda altı yaşlı uşaq atasını güllələdi

18 okt, 2022
13:12
6883

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.
APA-nın xəbərinə görə, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub.
Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın