E-mail: [email protected]
Daha bir körpə ölümü ilə bağlı həkimlərə cinayət işi açıldı
Qazaxda körpü ilə bağlı cinayət işi başlanıb.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayon sakini Könül Şabanovanın bu il iyunun 19-da “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb.
Aparımış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməyib, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib. Həmçinin doğuşa həkim-neonatoloq dəvət olunmayıb. Qeyd olunan səbəblərdən yeni doğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməyərək, ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.