12 
apr
2022
16:00
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda DƏHŞƏTLİ QƏTL: nəvə nənəsinin boğazını kəsdi

12 apr, 2022
16:00
7113

Bakıda qətl hadisəsi olub.
Suraxanı rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 11-i saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 69 yaşlı Natalya Popovanın öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 23 yaşlı Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın