30 
okt
2022
22:57
120

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboyda törədilən qətlin təfərrüatı məlum olub - YENİLƏNİB

30 okt, 2022
22:57
7120

Goranboy rayonunda törədilən qətlin bəzi təfərrüatı məlum olub.
Turkdunyasi.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Goranboy şəhər ərazisində Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Zəhra Cavid qızı Babayeva çox saylı bıçaq xəsarəti alaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs, onun həyat yoldaşı - 1993-cü il təvəllüdlü Naxçıvan MR Kəngərli rayon sakini, Bəbir İntiqam oğlu Həsənlidir. O, könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, cütlük bir neçə həftə öncə ailə həyatı qurublar. Mübahisəyə səbəbin qadının boşanmaq istəməsi olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Goranboyda hərbçi həyat yoldaşının başını kəsib.
Məlumata görə, 1994-cü il təvəllüdlü hərbçi, baş leytenant Həsənli Bəbir İntiqam oğlu arvadı, 1991-ci il təvəllüdlü MAXE Zəhra Babayevaya çoxsaylı bıçaq xəsarətləri yetirdikdən sonra qadının başını kəsib.
Cütlük oktyabrın 9-da rəsmi nikaha daxil olub. Z.Babayeva həyat yoldaşı ilə yaşamaq istəmədiyi üçün öldürüldüyü bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Goranboy rayon Polis Şöbəsinə qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yeririlməsi ilə bağlı məlumat daxil olub:
"Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir".

Bizimlə əlaqə saxlayın