E-mail: [email protected]
Goranboyda hərbçinin törətdiyi qətllə bağlı rəsmi AÇIQLAMA
Oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bununla bağlı Goranboy Rayon Prokurorluğu məlumat yayıb.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Qeyd edək ki, B.Həsənli və Z.Babayeva hərbçi olublar. Onlar oktyabrın 9-da rəsmi nikaha daxil olublar. Z.Babayeva həyat yoldaşı ilə yaşamaq istəmədiyi üçün onun öldürüldüyü bildirilir.