28 
noy
2022
03:16
118

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Nissan” 4 avtomobilə çırpıldı, xəsarət alan var-FOTO

28 noy, 2022
03:16
6118

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb. “Nissan” markalı avtomobil yüksək sürətlə Sübhan Xəlilovun idarə etdiyi “BMW”yə cırpılıb. İdarəetmədən çıxan avtomobil ardınca yol kənarında dayanmış “Qazel”ə, sonra isə “Chevrolet” və “Hyundai”ya dəyib. “Nissan” yalnız bardürə çırpıldıqdan sonra dayana bilib. 
S.Xəlilov APA-ya bildirib ki, “Nissan”ın sürücüsü narkotik maddənin təsiri altında olub. O, xəsarət alaraq xəstəxanaya aparılıb. S.Xəlilov “Nissan”ın sürücüsünün narkotik müayinədən keçməsini tələb edib. Əraziyə Binəqədi rayon polis idarəsinin əməkdaşları cəlb olunub. 

Qəza nəticəsində Azadlıq prospektindən Binəqədi istiqamətinə gedən yolda tıxac yaranıb.  Polis əməkdaşları hərəkəti tənzimləyir. Qəza ilə bağlı avtotexniki ekpertiza təyin edilib.
 
“Nissan” 4 avtomobilə çırpıldı, xəsarət alan var-FOTO“Nissan” 4 avtomobilə çırpıldı, xəsarət alan var-FOTO“Nissan” 4 avtomobilə çırpıldı, xəsarət alan var-FOTO

Bizimlə əlaqə saxlayın