E-mail: [email protected]
Bakıda sevgilisi ilə gəzməyə çıxan gənc onlara söz atan oğlanları döydü
Bakıda gənc oğlan sevgilisi ilə parkda gəzərkən onlara söz atan iki nəfəri döyüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib.
Paytaxt sakini Arif Məmmədov (şərti) axşamüstü nişanlısı ilə birlikdə onun ev itini gəzintiyə çıxarıb. Bu zaman iki nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq itə təpik atıb və qeyri-etik sözlər işlədib. Buna görə də tərəflər arasında mübahisə yaranıb. Daha sonra özlərini “Zabrat uşaqları” kimi təqdim edən yeniyetmələr sevgililərə hücum ediblər. Bu zaman A.Məmmədov idmançı bacarıqlarından istifadə edərək özünü və sevgilisini qorumaq istəyib. Dava zamanı Arif həmin şəxslərdən birinin göz, digərinin çənə nahiyəsinə yumruqla vurub. Hadisə yerinə polis əməkdaşları gəlib.
A.Məmmədov barəsində cinayət işi başlanılıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır.