13 
apr
2022
12:59
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Masallı rayonunda üç uşaq anası itkin düşüb.

13 apr, 2022
12:59
969

Masallı rayonunda üç uşaq anası itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, rayonun Təzə Alvadı kənd sakini, 2001-ci il təvəllüdlü Ş.Əkbərli aprelin 12-də səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb. 
Onun üç uşağı var. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, həmin şəxsin yaşadığı evi tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub:
“Hazırda həmin şəxsin tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bizimlə əlaqə saxlayın