10 
dek
2022
12:04
115

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Qobu park 2"də YANĞIN: 50 nəfər... - VİDEO

10 dek, 2022
12:04
63115

Qaradağ rayonu Müşviqabad qəsəbəsində yerləşən "Qobu park 2 " yaşayış kompleksində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsindən qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Bizimlə əlaqə saxlayın