10 
dek
2022
14:54
91

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kürdəmirdə güclü yanğın: 39 baş iribuynuzlu heyvan tələf olub - FOTO

10 dek, 2022
14:54
791

Kürdəmir rayonunda tövlədə yanğın nəticəsində 39 baş iribuynuzlu heyvan tələf olub.
“Report” xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.
Belə ki, fermer Qəniyev Əlvan Qəni oğluna məxsus fermanın ərazisində ümumi sahəsi 400 kvadratmetr olan tövlənin çardaq hissəsində yanğın olub. Yanğın zamanı tövlədə olan 39 baş iribuynuzlu heyvanın bəzisi yanaraq, bəzisi isə tüstüdən boğularaq tələf olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və alovun digər əraziyə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində fermerə ümumilikdə 80 min manata yaxın ziyan dəyib. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın