12 
dek
2022
14:17
99

Tel:+99450 352 82 91
E-mail: [email protected]

DYP postunun əməkdaşı faciəvi şəkildə öldü – FOTO

12 dek, 2022
14:17
799

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, ötən gün saat 19 radələrində Bakı-Qazax magistralının Hacıqabulun Pirsaat kəndindən keçən hissəsində “VAZ 21 015” markalı avtomobil arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu aldığı xəsarətlərdən vəfat edib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Vəfat edən A.Abuzərli Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Nəvahi postunun mülki əməkdaşı olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın