13 
apr
2022
19:24
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Hərbi Prokurorluqdan DSX-nin kursantının vəfat etməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

13 apr, 2022
19:24
969

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantının vəfat etməsi ilə bağlı açıqlama verib.
Hərbi Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı araşdırma aparılır:
“Daxil olmuş məlum məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib”.
“Fakt üzrə Bakı hərbi prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, - açıqlamada qeyd edilib.
17:46
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən dünyasını dəyişib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DSX-dən bildirilib. 
“Həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq, hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb”, - deyə qeyd edilib.

Bizimlə əlaqə saxlayın