E-mail: [email protected]
Vətən müharibəsi iştirakçısı saxlanıldı
Gəncədə Vətən Müharibəsinin iştirakçısı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirilib ki, müharibə iştirakçısı Oxan Mustafayev gecə saatlarında nənəsinə tibbi yardım üçün çağrışa gəlmiş Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşı ilə heç bir əsas olmadan mübahisə edib:
"Onun sifətinə yumruqla zərbələr vuraraq müxtəlif xəsarətlər yetirdikdən sonra TTYS-nın inzibati binasına gələrək, nalayiq ifadələr işlətməklə səs-küy salıb. Şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə üzərində gəzdirdiyi bıçaqla stansiyada qeydiyyatçı işləyən xanımı itələyib, əlində olan bıçaqla onu öldürməklə hədələyib və bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edib. O. Mustafayev saxlanılıb, onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir".