13 
dek
2022
13:30
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəmkirdə 31 yaşlı qadın itkin düşüb - FOTO

13 dek, 2022
13:30
779

Şəmkirdə 31 yaşlı qadın itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini, 1991-ci il təvəllüdlü Aygül Hüseynova sentyabr ayının 23-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
“Aygül Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur, qara, uzun saçı var. Evdən çıxarkən onun əynində qara rəngli kofta, göy rəngli cins şalvar olub.
Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd edilib.


Bizimlə əlaqə saxlayın