13 
dek
2022
14:01
109

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda evə silahlı HÜCUM: saxlanılan var

13 dek, 2022
14:01
6109

İmişlidə evə atəş açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dekabrın 12-də saat 16 radələrində İmişli şəhərində yaşayan M.Hümbətovun evinin darvazasına tüfəngdən atəş açılması barədə polisə məlumat daxil olub.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Bəhlul Qədirovun münaqişə zəminində tüfəngdən darvazaya bir dəfə atəş açması müəyyən olunub.

Görülmüş tədbirlərlə B.Qədirov saxlanılıb, ondan “İJ-18” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) ilə cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın