14 
dek
2022
15:00
135

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bərdədə polis maşınla piyadanı vurub öldürdü

14 dek, 2022
15:00
12135

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün səhər 11 radələrində baş verib.
Belə ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı R.Hadıyev idarə etdiyi özünəməxsus KİA markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən qəflətən yola çıxan piyada, ikinci qrup əlil, 1961-ci il təvəllüdlü Surxay Şahbazovu vurub.

Sürücü dərhal xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, S.Şahbazov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın