15 
dek
2022
19:21
99

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakı-Quba yolunda qəzada həlak olanların ADLARI - YENİLƏNİB

15 dek, 2022
19:21
699

Bakı-Quba yolunda qəzada həlak olanların adları açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, bu gün səhər saat 10 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi “Mercedes Benz Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi “DAF” markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Nəticədə, “Mercedes” markalı avtomobilin sürücüsü Nəsimi Qubadbəyli və onun idarə etdiyi avtomobildə olan beş nəfər sərnişin:
1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu;
1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu;
1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu;
1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu hadisə yerində həyatlarını itirib.

Həlak olan bir nəfər sərnişinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Yük avtomobilinin sürücüsü Elçin Atayev isə Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda hadisə yerində xidmət aparan DYP əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Yolda digər nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.
Bakı-Quba yolunda qəzada həlak olanların ADLARI  - YENİLƏNİB
 

Bizimlə əlaqə saxlayın