26 
dek
2022
15:52
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanlı “qanuni oğru”nun qatilinə 16 il həbs verildi

26 dek, 2022
15:52
978

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşı Mətləb Sultanovun məhkəmə prosesi keçirilib. 
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qətl törətməkdə ittiham olunan M.Sultanova 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğlu Rusiya paytaxtının Şukino rayonu ərazisindəki idman zallarından birində azərbaycanlı kriminal avtoritet, "Albert Rıjı" ləqəbi ilə tanınan “qanuni oğru” Əli Heydərovu öldürməkdə təqsirli bilinib.
M.Sultanov ilkin ifadəsində gəncəli kriminal avtoriteti öldürdüyünü etiraf edib və qətlə səbəb kimi, “Albert Rıji”nın onu təhqir etməsini göstərib. 
Xatırladaq ki, Ə.Heydərov aprelin 12-də Moskvadakı idman zallarının birində qətlə yetirilib

Bizimlə əlaqə saxlayın