14 
apr
2022
13:38
98

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda Gözəllik salonunda qadını soydular

14 apr, 2022
13:38
998

Bakıda qadın qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 12-də M.Seyidov küçəsində yerləşən gözəllik salonlarının birində paytaxt sakini olan qadının içərisində 1000 manatı və 200 dollar olan pulqabısı oğurlanıb.
Bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın