8 
yan
2023
18:52

89

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Qubada iki avtomobil toqquşudu

8 yan, 2023
18:52
1389
Bakı-Quba yolunun 154-cü kilometrliyində, Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.
“Nissan” markalı avtomaşın hərəkətdə olarkən idarəetməni itirərək qarşı istiqamətdə “Hyundai” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində Quba rayon sakinləri 1977-ci il təvəllüdlü Yaqubov Tərlan Teymur oğlu, 1991-ci il təvəllüdlü Seyidov Amil Rasim oğlu, Bakı şəhər sakini 1960-cı il təvəlludlü İbrahimova Sinəxanım Ələmdar qızı və Şərur rayon sakini 1971-ci il təvəllüdlü Məmmədov Mirzə Qurban oğlu müxtəlif xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırır.
Turkdunyasi.az