11 
yan
2023
13:43

94

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
BŞTİ-dən avtobusun altında qalan məktəbli barədə AÇIQLAMA

11 yan, 2023
13:43
1094
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ötən gün Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zaman vəfat edən şagird barədə açıqlama verib.
İdarədən verilən məlumata görə, qəzada ölən şəxs paytaxtdakı 86 nömrəli tam orta məktəbin X sinif şagirdi Göyüşov İsa Vüqar oğludur.
Qeyd edək ki, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
44 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı xətt avtobusu məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Turkdunyasi.az