12 
yan
2023
18:32
86

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda qırmızı işıqda keçən BMW qəza törədib aşdı: Xəsarət alan var

12 yan, 2023
18:32
886

Paytaxtın 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, iki minik avtomobili toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələrindən biri aşıb.

Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli bildirib ki, bu gün saat 15:00-da BMW markalı avtomobil işıqforun qırmızı işığından keçib və “Toyota Camry” markalı avtomobillə toqquşub:

“Daha sonra BMW markalı avtomobil dirəyə çırpılıb. Baş verən hadisə zamanı xəsarət alan var. Araşdırma aparılır”.

Qəza zamanı təhlükəsiz şəhər kamerası da yararsız vəziyyətə düşüb.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın