15 
yan
2023
17:01
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Göyçayda yük avtomobili yolun kənarındakı piyadanı vuraraq öldürdü

15 yan, 2023
17:01
870

Göyçayda yük avtomobili yolun kənarında piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın