15 
yan
2023
17:05
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda ikimərtəbəli evdə yanğın olub

15 yan, 2023
17:05
561

Bakıda ikimərtəbəli evdə yanğın olub.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 600 kvadratmetr (hər mərtəbəsi 300 kvadratmetr) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində sahəsi 30 kvadratmetr olan bir otaqda lambirdən ibarət tavan 10 kvadratmetr sahədə və 1 ədəd divan yanıb.

Yüksək temperaturdan evin dam örtüyünün taxta atmaları 5 kvadratmetr sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın