E-mail: [email protected]
Bakıda DƏHŞƏT: 48 yaşlı kişi 10 yaşlı qızla...
Bakıda 10 yaşlı qıza qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən Əziz Quliyevin (ad soyad şərti) cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin icraatına verilib.
Ə. Quliyev Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunur.
Əldə etdiyimiz məlumata görə, hadisə ötən il paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. 1973-cü il təvəllüdlü Ə. Quliyev öz qohumu 2011-ci il təvəllüdlü L. Kazımova (ad soyad şərti) ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Faktla bağlı Xəzər rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.