23 
fev
2023
15:22
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Araq almağa pul verməyən qardaşı qızını ölümlə hədələdi

23 fev, 2023
15:22
1278

Rusiyanın Kursk vilayətində 17 yaşlı qardaşı qızını öldürməklə hədələyən 47 yaşlı yerli sakin mühakimə olunub.
Turkdunysi.az yerli mediaya istinadən xəbər verir ki, hadisə ötən ilin sentyabrında Roqoztsı kəndində baş verib. İstintaq müəyyən edib ki, sərxoş kişi azyaşlı qohumu ona spirtli içki (araq) pulu verməkdən imtina etdiyi üçün onunla mübahisə edib. Mübahisə zamanı kişi bıçağı götürərək qıza tərəf tutub və onu öldürəcəyini deyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin müəyyən ediblər ki, o, 2022-ci ilin dekabrında içkili yoldaşından 6 min rubl oğurlayıb.

Məhkəmədə təqsirləndirilən şəxs günahını etiraf edib və peşman olduğunu bildirib.
Həmin şəxsə 320 saat icbari iş növündə cəza çəkmək qərarı verilib.

Bizimlə əlaqə saxlayın