23 
fev
2023
17:50
67

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qardaşı arvadını öldürən hərbçiyə hökm oxundu

23 fev, 2023
17:50
1267

Cəlilabadda qardaşı arvadı və onun tanışı olan kişini öldürən Elşən Məmmədova hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Məmmədov hərbçi olub, N saylı hərbi hissədə pulemyotçu kimi xidmət edib. Buna görə də işə Cəlilabad Hərbi Məhkəməsində baxılıb. Hökmə əsasən, Elşən Məmmədov 20 il müddətə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov evə gələn zaman həyətdə əvvəlcə qadını saçından tutub, onu çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra digər şəxsi yumruqlayaraq, bıçaqlayaraq öldürüb.

Bizimlə əlaqə saxlayın