mar
2023
09:55
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azadlıq prospektində qəza: 84 yaşlı kişini maşın vurdu

7 mar, 2023
09:55
1270

Bakıda avtomobil 84 yaşlı kişini vuraraq 
Yenisabah.az xəbər verir ki, hadisə martın 6-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında qeydə alınıb.
Sadıqov Mehdi Şirazi oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa doğru keçən piyada, 1939-cu il təvəllüdlü Babayev Arif Nemət oğlunu vurub. Piyada aldığı xəsarətlərdən müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın