mar
2023
08:45
53

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakı-Quba yolunda mikroavtobusla propan daşıyan maşın toqquşdu, 9 nəfər... - FOTO - YENİLƏNİB

9 mar, 2023
08:45
1253

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı-Quba yolunun 28-ci kilometrliyində qəza baş verib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə zamanı "Ford" markalı mikroavtobus propan qazı daşıyan avtomobilə arxadan çırpılıb.
Nəticədə doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizimlə əlaqə saxlayın