E-mail: [email protected]
Bakıda 2 nəfəri güllələyən şəxs tutuldu - YENİLƏNİB
Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
DİN-dən Modern.az-a bildirilib ki, hadisə zamanı 2 nəfər xəsarət alıb.
"Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb", - deyə rəsmi məlumatda qeyd olunub.
Bakıda silahlı insident baş verib.
Modern.az xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb. Atışma zamanı 3 nəfərin yaralandığı deyilir.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a təsdiqləyiblər.
"Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək", - deyə DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
***
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.
***
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.
Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur", - açıqlamada deyilir.