E-mail: [email protected]
“Land Cruiser” ilə qəza törədən DYP rəisi sərxoş olub? - YENİLƏNİB + FOTO
Şəmkir Rayon DYP-nin rəisinin sərxoş halda maşın idarə edərək qəza törətdiyi barədə yayılan iddialara aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəmkir Rayon DYP-nin rəisinin sərxoş olduğuna dair səsləndirilən fikirlər həqiqətə uyğun deyil:
“Bu böhran xarakterli fikirlərdir. Hadisə aprel ayının 4-də baş verib. Qəza nəticəsində nə polis əməkdaşı, nə də digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət almayıb. Hadisədən dərhal sonra hər iki sürücü sərxoşluq müayinəsindən keçirilib. Müayinənin nəticəsi əsasında sürücülərin hər ikisinin sərxoş olmadığı məlum olub. Hadisə barədə müvafiq araşdırmalara davam edir. Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
11:55
Şəmkir Rayon DYP-nin rəisi qəza törədib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə şəhərin 5-ci küçə adlanan ərazisindəki yol kəsişməsində baş verib.
Rəis Ramin Fətullayev 20-EX-200 seriyalı “Land Cruiser” avtomobilini aşırıb. Belə ki, o, baş yoldan gələn “Mercedes-Benz” markalı avtomobili gözləmədən keçdiyi üçün qəza baş verib. Ətrafdakı sakinlər hadisə zamanı DYP rəisinin sərxoş vəziyyətdə göründüyünü və onun yüngül xəsarət aldığını iddia ediblər.
Qeyd edək ki, mayor Ramin Fətullayev 2021-ci ilin aprelində daxili işlər nazirinin əmri ilə Şəmkir DYP-nin rəisi təyin edilib.
Qəza zamanı aşan avtomobilin fotosunu təqdim edirik: