19 
mar
2023
17:05
92

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Astara sakini həmkəndlisini öldürməyə cəhd etdi

19 mar, 2023
17:05
1292

Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.
 
Modern.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, martın 19-u saat 00:15-də Astara rayonu Artupa kənd sakini, 1993-cü il təvəllüdlü Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1986-cı il təvəllüdlü Şamxal Şahverdiyevin həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Şamxal Şahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 
İbtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın