24 
mar
2023
07:50
66

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qazaxıstanda məktəblilər kütləvi şəkildə zəhərləniblər

24 mar, 2023
07:50
566

Qazaxıstanın Çimkənd şəhərində keçirilən olimpiadada istedadlı məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.
Məlumata görə, şəhərdə riyaziyyat fənni üzrə olimpiada təşkil olunub. Burada 900-dən çox uşaq iştirak edib. Onlardan 12-si xəstəxanaya yerləşdirilib.
“Günün sonuna qədər olimpiadanın 904 iştirakçısından 12-də qızdırma, mədə-bağırsaq traktının disfunksiyası ilə bağlı nasazlıq əlamətləri yaranıb”, - ölkənin Təhsil Nazirliyindən bildirilib
Hazırda həkimlər zərərçəkənlərə nəzarət edirlər. Onlar gənc riyaziyyatçıların necə və nə ilə zəhərlənə biləcəyini müəyyənləşdirirlər.

Bizimlə əlaqə saxlayın