25 
mar
2023
10:53
87

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qatarla toqquşan traktor üstünə aşdı - Nemət hadisə yerində öldü

25 mar, 2023
10:53
787

Şabranda qatarla traktor toqquşub.
VAXTMedia xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.
İlkin məlumata görə, toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın