28 
mar
2023
11:40
51

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda kişini bıçaqla hədələyib 45 manatını aldılar

28 mar, 2023
11:40
1251

Martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyib 45 manatını talamaları barədə polisə məlumat daxil olub. 
"Turkdunyasi.az" xəbər verir ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Ricat Cəfərov və əvvəllər məhkum olunmuş Turan Alıyev müəyyən olunaraq saxlanılıblar. 
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. ​​​​

Bizimlə əlaqə saxlayın