29 
mar
2023
12:10
49

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Avtosalonun qarşısından “Hyundai” markalı avtomobil qaçırıldı

29 mar, 2023
12:10
949

Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə paytaxtın Xətai və Nəsimi rayonları ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. 
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Martın 28-də gecə saat 1 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtosalonlardan birinin qarşısından “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Maarif Əzizov saat 2 radələrində avtomobillə saxlanılıb.
Martın 27-də saat 8 radələrində Nəsimi rayonu ərazisindən VAZ-21013 markalı avtomobilin qaçırılması barədə daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Rəşad Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı Xətai və Nəsimi Rayon Polis idarələrində araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın