apr
2023
08:00
57

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda kişi hamilə arvadını bıçaqladı

6 apr, 2023
08:00
1257

Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub.
“Report”un məlumatına görə, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 2003-cü il təvəllüdlü Bəkirova Həvva Məhəmməd qızı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarın və bud nahiyələrindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, H. Bəkirova 4 aylıq hamilədir.
Hadisənin təfərrüatı araşdırılır.

Bizimlə əlaqə saxlayın