apr
2023
22:30
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Polis əməkdaşı faciəvi şəkildə öldü

7 apr, 2023
22:30
1164

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
"Turkdunyasi.az" xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 
Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:
"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov sürücüsü olduğu "Opel” markalı avtomobilə idarəetməni itirib və nəticədə avtomobil aşıb. 


Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin - Goranboy Rayon Polis Şöbəsinə əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb. 
Faktla bağlı araşdırmalar davam etdirilir”.
 

Bizimlə əlaqə saxlayın