24 
mar
2022
12:11

107

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Ev oğrusu ələ keçdi - FOTO

24 mar, 2022
12:11
4107
Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1 290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə. Hüseynov saxlanılıb.
Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1 000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.