E-mail: [email protected]
Gənc oğlan kənddən qaçan arvadını tapdı, otelə apardı və sonra... - ŞOK TƏFƏRRÜAT
görüşməyi təklif etdi. Mən də etiraz etmədim. İyunun 3-də səhər saatlarından bulvarda gəzərək vaxt keçirdim. Saat 15.00-da Afətə mesaj göndərməklə onun harada qalması, gecikməsinin səbəbini ilə maraqlandım. Arvadım Dərnəgüldə olduğunu dedi.
Afət zəng edib azıb gəldiyini söyləyəndə kişi səsi eşitdiyimdən qısqandım. Saat 15.50-də Afət telefon bağlantısı yaradaraq artıq “Park Bulvar” ticarət mərkəzinin yanında olduğunu dedi. Təxminən 10 dəqiqə keçmiş görüşdük. Taksiyə minərək “Citadel” adlı otelə getdik. Oraya çatdıqdan sonra qeydiyyatdan keçməklə 5 saylı otaqda əvvəlcədən razılaşdığımız kimi iki dəfə cinsi əlaqədə olduq”.
Təqsirləndirilən şəxs deyib ki, söhbət əsnasında ailələrini bərpa etmək üçün cəhd göstərsə də, Afət münasibətlərinin davam etməsini istəmədiyini bildirib: “Mən Dərnəgüldə kiminlə birlikdə olduğunu soruşdum. Arvadım yaxın qohumlarımın ünvanına nalayiq ifadələr işlətdi. Sonra dedi ki, nə sözün var, tez de, vaxtım yoxdur, gözləyənim var. Sonra üzünü çevirərək getmək istədi. Mən güclü həyəcan hissi keçirdim.
Arxadan Afətin ağzından tutdum və hamama salaraq ona bıçaqla xəsarət yetirmək üçün özümə tərəf çəkdim. Arvadım əlləri ilə mənə müqavimət göstərdiyindən istədiyimə nail ola bilmədim. Bu zaman şalvarımın arxa sağ cibində olan ov bıçağını çıxardım və ilk öncə Afətin kürək nahiyəsindən zərbə endirdim. Onun başqa hansı nahiyələrinə bıçaq xəsarətləri yetirdiyimi xatırlamıram”.
Cavid qeyd edib ki, Afəti buraxdığı vaxt “kömək edin” deyə qışqırıb: “Səsi kənar şəxslərin eşitdiyini ehtimal etdiyimdən bıçağı yerə ataraq oteldən qaçdım. Bir azdan özümə gələndə hadisə barədə qardaşıma xəbər verdim.
Yolüstü taksilərdən birinə əyləşərək Cəlilabad rayonuna yollandım və dərhal polis şöbəsinə gedərək təslim oldum. Polis əməkdaşları tərəfindən Bakı şəhərinə gətirildim.
Mən Afəti çox sevirəm, o da məni istəyir. Arvadımla ayrılmaq istəməmişəm. Onu qorxutmaq istəmişəm, öldürmək niyyətim olmayıb. Əməlimdən həddindən çox peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Afətin sözlərinə görə, Cavid onun əridir, çox qısqanc olduğu üçün dəfələrlə onu danlayıb və hətta döydüyü vaxt da olub:
“2022-ci il aprelin 4-də telefon danışığı zamanı Cavidin bu davranışlarından bezdiyimdən ayrılmaq istədiyimi dedim. Cavid məni və uşaqları öldürməklə hədələdi. Sonradan əmim və onun arvadının köməkliyi ilə Bakı şəhərinə gələrək kirayədə qaldım.
2022-ci il may ayının ortalarında əmimin xahişi ilə Cavidi telefonda blokdan çıxardım. Cavid hər gün uşaqlarla danışdı. Bəzən mənimlə barışmaq istədiyini bildirsə də, mən razılaşmadım”.
Zərərçəkmiş qeyd edib ki, 2022-ci il iyunun 2-də Cavid ona zəng edib: “Cavid həm görüşmək, həmçinin oteldə cinsi əlaqədə olmaq istədiyini söylədi. Mən əvvəlcə etiraz etdim. Növbəti gün Cavid görüşdən sonra boşanacağını vəd etdiyindən məni razı saldı.
Otelə gəldiyimiz zaman könüllü olaraq Cavidlə cinsi əlaqədə oldum. Sonradan söhbət zamanı Cavid məni xəyanətdə ittiham etdi. Mən ona şillə vurdum.
Cavid mənim pulqabıma baxdığı vaxt işə qəbulla bağlı göndəriş vərəqəsini görməməsi üçün götürdüm, pulqabını stulun üzərinə qoydum. Cavid arxadan mənə yaxınlaşdı. Əli ilə ağzımdan və burnumdan tutaraq mən hamam otağının qarşısına çəkdi. Daha sonra cibindən nə isə çıxarıb kürəyimə vurduğunu hiss etdim.
Müqavimət göstərdim, yalvardım, amma Cavid məhəl qoymayaraq bir neçə bıçaq zərbəsi endirdikdən sonra bıçağı boynuma söykədi. Başımı kəsmək istəyərkən ağzımı tutduğu əli boşa çıxdığından qışqırıq səsimi oteldə olan digər şəxslər eşitdilər.
Cavid qorxaraq əlindəki bıçağı yerə atdı və otaqdan qaçdı. Bir azdan qeydiyyatçı qız içəri daxil olaraq təcili tibbi yardım çağırdığını dedi. Başqa otaqdan dəsmal gətirərək kürəyimi bağladı. Məni xəstəxanaya apardılar, orada əməliyyat olundum”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Cavid 8 il müddətinə azadlıqdan məhrum edilib.