19 
apr
2023
20:30
134

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bərdədə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var - FOTO

19 apr, 2023
20:30
8134

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.
Qəza zamanı Saatlı kəndi istiqamətində hərəkət edən VAZ-21099 markalı avtomobillə əks istiqamətdə hərəkət edən VAZ-21011 markalı avtomobil toqquşub.
Şahidlərin bildirdiyinə görə, qəza zamanı VAZ-21099 markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hər iki avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda qəzanın səbəbləri, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.












Bizimlə əlaqə saxlayın