20 
apr
2023
10:00
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Beyləqanda beşotaqlı, Bakıda dördotaqlı evlər yanıb

20 apr, 2023
10:00
964

Beyləqan rayonunda ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Birinci Şahsevən kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin 3 otağının, dəhlizinin, mətbəxinin yanar konstruksiyaları 80 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 kvadratmetr sahədə yanıb.
Daha bir analoji hadisə Bakıda qeydə alınıb.
Qeyd olunub ki, Xəzər rayonunda ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın