21 
apr
2023
14:00
60

Tel:+99450 352 82 91
E-mail: [email protected]

2 min manatlıq qızıl təsbeh oğurlandı

21 apr, 2023
14:00
960

Şəmkir şəhəri ərazisindəki restoranların birində qızıl təsbeh oğurlanıb.
 
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, təsbeh Bakı şəhər sakini A.Baxşəliyevə məxsusdur.
 
2000 manat dəyərində olan qızıl təsbehin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
 
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.
 
Araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın