22 
apr
2023
06:00
52

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qəbələdə məktəbdə yanğın olub

22 apr, 2023
06:00
752

Qəbələ rayonununda məktəbdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, Bayramkoxalı kəndində tam orta məktəbin ərazisində ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli idman zalının dam örtüyünün taxta atmaları 60 kvadratmetr sahədə və yaxınlıqda yığılan 8 kubmetr odunun 1 kubmetr yanıb.
“İdman zalının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə qeyd olunub.

Bizimlə əlaqə saxlayın